Kadırovun övladları atalarına üç ukraynalı əsir hədiyyə etdi - video

Çeçenistanın rəhbəri Ramzan Kadırov sosial şəbəkələrdə ona “ukraynalı əsirlərin” gətirdikləri iddia edilən yetkinlik yaşına çatmayan oğullarının evə qayıtmasının videosunu yayıb.

Kadırovun sözlərinə görə, Çeçenistanda Ukraynada əsir götürülən məhbuslarla “insani” rəftar edilib: onlara “milli yeməklər” verilib.

O, övladlarının hərbi təlim keçdiyini, hətta cəbhə bölgəsinə getdiyini xüsusi vurğulayıb.

Rusiya Müdafiə Nazirliyinin rəsmiləri hələlik Kadırovun uşaqlarının Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirakının nə dərəcədə qanuni olması ilə bağlı şərh verməyiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ