Çinin keçmiş rəhbərini məcburi şəkildə qurultaydan çıxardılar - video

Hazırkı lider Si Cinpinin yanında oturan keçmiş Çin lideri Hu Cintao Çin Kommunist Partiyasının (ÇKP) 20-ci qurultayından kənarlaşdırılıb.

Kadrlarda kostyumlu şəxsin 79 yaşlı siyasətçiyə yaxınlaşaraq onu oturduğu yerdən qaldırmağa çalışdığı, lakin Cintaonun müqavimət göstərərək yerində qalmaq istəməsi əks olunub. 

Bunu Cintaonun sağında əyləşən Si Cinpin sakitcə izləyir. Sonda siyasətçini qaldırılmağa bir neçə nəfərin müşayiəti ilə iclas otağını tərk etməyə məcbur edirlər. Çinin keçmiş rəhbərinin qurultaydan kənarlaşdırılmasının səbəbləri məlum deyil.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ