Oktyabrın 22-də səhər saatlarında Ukraynanın bir sıra bölgələri növbəti kütləvi raket hücumuna məruz qalıb.
Volınski, Xmelnitski, Odessa, Rovno və Kirovoqrad vilayətlərində partlayışlar qeydə alınıb. Kiyev, Çernovitski və Lvov vilayətləri də raket zərbələri ilə vurulub.
Xmelnitskidə elektrik enerjisinin kəsildiyi bildirilir. Şəhər şurası sakinləri su ehtiyatı saxlamağa çağırıb.
Volınski vilayətinin Lutsk şəhərinin meri İqor Polişçuk raket mərmilərindən birinin enerji obyektinə düşdüyünü açıqlayıb. Onun sözlərinə görə, şəhərin bir hissəsində işıq yoxdur. Polisçuk həmçinin şəhər sakinlərini su ehtiyatı saxlamağa çağırış edib. Volınski vilayətinin Kovel şəhərinin meri İqor Çayka analoji tövsiyələr verib.