Trampın keçmiş köməkçisi həbs edildi

Trampın keçmiş köməkçisi Stiven Bennon həbs edilib.

Kolumbiyanın paytaxt şəhər dairəsinin federal məhkəməsi ABŞ-ın 45-ci prezidenti Donald Trampın keçmiş baş müşaviri və siyasi məsləhətçi Stiven Bennonu 4 aylıq həbs cəzasına məhkum edib. Buna səbəb Bennonun Konqresə hörmətsizlik etməsi olub.

Hakim Karl Nikolsun çıxardığı qərara əsasən, Bennon həmçinin 6,5 min dollar məbləğində cərimə də ödəməlidir.

“Konqresin gündəmlərinə etinasızlıq nümayiş etdirmək qanunverici orqana hörmətsizlikdən xəbər verir. Bennon Konqresə hörmətsizlik göstərdiyinə görə 4 ay həbs və 6,5 min dollar məbləğində cərimə cəzasına məhkum edilir”, - deyə Nikols bildirib.

Nikolsun namizədliyi isə Trampın prezident olduğu dövrdə irəli sürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ