Ukrayna İrandan olan 10 hərbçini məhv etdi

Ukrayna silahlı qüvvələri Krımda ruslara pilotsuz uçan aparatlardan istifadə etmək üçün təlim keçən 10 İran əsgərini məhv edib. Bu barədə “The Jerusalem Post” mənbələrə istinadən yazır.

Adı açıqlanmayan ukraynalı rəsminin sözlərinə görə, bu, ötən həftə baş verib.

Bir gün əvvəl Ukrayna Prezidenti Aparatının müşaviri Aleksey Aretoviç Ukrayna Silahlı Qüvvələrinin Krımda iki dəfə İran hərbçilərinə hücum etdiyini bildirib. "Biz onların mövcud olduğunu bilirik, iki dəfə vurduq. Beləliklə, SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) oğlanları Priqojinin  yaxtası uğrunda qəhrəmancasına canlarını verdilər" deyib.

Ölənlərin olub-olmaması ilə bağlı suala Aleksey Arestoviç müsbət cavab verdi.

Bundan əvvəl Ağ Ev İran ordusunun mütləq Krımda olduğunu və operatorlara İran pilotsuz təyyarələrindən istifadə etmək üçün təlim keçdiyini təsdiqləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ