Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir - İran XİN rəhbəri

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, İran Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir.

“Biz Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik. Bizim siyasətimiz ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməkdir”, - Abdullahiyan cümə günü Qafanda İranın baş konsulluğunun açılış mərasimində deyib.

İranın xarici işlər naziri Ermənistanla ticari-iqtisadi əlaqələri inkişaf etdirmək niyyətində olduğunu da açıqlayıb.

“Syunik rayonu Şimal-Cənub nəqliyyat dəhlizinin ən mühüm hissəsidir. Biz Ermənistanı bu dəhliz yolunda mühüm ölkə hesab edirik. Biz bu tranzit marşrutu ilə yük və sərnişin daşımalarını inkişaf etdirmək üçün hər cür səy göstərəcəyik”, - Abdullahiyan bildirib.

Öz növbəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanın Təbrizdə baş konsulluq açmaq niyyətini açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ