Mən burdayam. İstəsələr gəlsinlər - Lukaşenko axtarışa verildi

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna Təhlükəsizlik Xidmətinin onu axtarışa verməsi üçün heç bir səbəb görməyib və xidmət zabitlərini şəxsi söhbətə dəvət edib. Lukaşenkonun sözlərini BelTA sitat gətirir.

“Niyə məni axtarışa verirsiniz? Mən burdayam. İstəsələr gəlsinlər”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, oktyabrın 21-də UTX-nın Lukaşenkonu axtarışa verməsi barədə məlumatlar yayılıb. Agentlik sonradan bu xəbərləri təkzib edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ