Krım körpüsündə baş verən partlayışa görə nazir müavini istefa verəcək

Krım körpüsü də daxil olmaqla nəqliyyat təhlükəsizliyinə cavabdeh olan Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Aleksandr Suxanov tezliklə istefa verəcək, bu barədə RBC bir neçə mənbəyə istinadən xəbər verir.

Nəqliyyat Nazirliyinə yaxın iki mənbə bildirib ki, Suxanov oktyabrın 8-də Krım körpüsündə baş verən partlayışa görə işdən çıxarılıb. Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, istefa bu həftənin sonuna qədər açıqlana bilər.

Hökumətin mətbuat xidməti jurnalistlərin sorğusuna cavab verməyib, Nəqliyyat Nazirliyi şərh verməkdən imtina edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ