Ermənistan da İrandan pilotsuz uçuş aparatları (PUA) almaq istəyən ölkələr arasındadır.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və İranın Ali Rəhbərinin hərbi məsələlər üzrə köməkçisi general-mayor Yəhya Rəhim Səfəvi bildirib.
“İran pilotsuz təyyarələrini almağa hazırkı namizəd ölkələr Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digər ölkələrdir”, - Səfəvi deyib.
Xatırladaq ki, bundan əvvəl Yəhya Rəhim Səfəvi 22 ölkənin İran istehsalı olan hərbi pilotsuz təyyarələrin alınması üçün rəsmi müraciət etdiyini bildirmişdi.