Ramzan Kadırovun yetkinlik yaşına çatmayan oğulları Ukrayna ilə müharibəyə qatılıblar və irəliləyən döyüşçülərə atəş dəstəyi veriblər.
Videonu öz Telegram kanalında Çeçenistan rəhbəri paylaşıb.
Kadırovun oğulları Adam, Əli və Əhmədin müvafiq olaraq 14, 15 və 16 yaşları var. Oktyabrın 3-də Çeçenistan rəhbəri onları döyüş bölgəsinə göndərdiyini elan edib. Onun sözlərinə görə, Adam, Əli və Əhməd “hazırda ukraynalı millətçilərlə şiddətli döyüşlərin getdiyi təmas xəttində olublar”, “düşmən mövqelərinə yaxınlaşıb və irəliləyən döyüşçülərə atəş dəstəyi veriblər”.
Kadrlarda uşaqları səngərdə “Axmat” polkunun komandiri Zamid Çalayevin müşayiət edir. Onlar bir neçə növ silahdan atəş açırlar.