ABŞ Azərbaycanda fahişlik edən geylərə görə narahatdır

ABŞ Dövlət Departamenti Azərbaycanda 1 və 2 aprel tarixlərində saxlanılaraq inzibati həbs cəzası alan LGBTQ fərdlərin görə narahatdır.

Buta.media-nın xəbərin görə, bu barədə washingtonblade məlumat yayıb.

Qeyd olunur ki, Dövlət Departamenti LGBTQ fərdlərin məcburi tibbi müayinəyə göndərlməsinə təəssüf edir.

Xatırladaq ki, polis 1 və 2 aprel tarixlərində Bakının bir neçə rayonunda seks işçiliyi ilə məşğul olan LGBTQ fərdlərini saxlamışdır. 

Transgender və gey fərdlərə qarşı ov kimi xarakerizə olunan reydlər zamanı tutulan şəxslərin sayı təxminən 14 nəfərdir. Onlardan bəziləri İXM-in 510-cu maddəsi (xırda xuliqanlıq) ilə cərimələnmiş, digərləri isə İXM-in 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmamaq) 10-15 sutka müddətinə inzibati həbslə cəzalandırılmışdı.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ