Ukraynaya hücuma rəhbərlik edən beş generaldan dördü işdən çıxarılıb

Britaniya hərbi kəşfiyyatı 2022-ci ilin fevralında Ukraynaya müdaxilədən sonra Rusiya qüvvələrinin operativ komandanlığına rəhbərlik edən beş generaldan dördünün artıq vəzifəsindən kənarlaşdırıldığını bildirib. Bu barədə Britaniya Müdafiə Nazirliyinin Twitter-də dərc olunan gündəlik kəşfiyyat icmalında deyilir.

Britaniya hərbçilərinin fikrincə, işdən çıxarılan generalları əvəz edən komandirlər “Rusiyanın döyüşlərini yaxşılaşdırmaq üçün indiyədək çox az iş görüblər”. Vəzifəsindən kənarlaşdırılan generallarına dları açıqlanmayıb.

İcmalda qeyd olunur ki, Ukraynada “xüsusi əməliyyata” cavabdeh olan Rusiya hərbi rəhbərliyi öz vəzifələrinin öhdəsindən getdikcə daha pis gəlir. Taktiki səviyyədə “yeni səfərbər edilmiş ordunu təşkil etmək və onlara rəhbərlik etmək üçün təlim keçmiş kiçik zabitlərin çatışmazlığı artır”.

Oktyabrın 8-də Rusiya Müdafiə Nazirliyi Ukraynadakı qoşunlarına general Sergey Surovikini komandan təyin edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ