Moskva ilə qalmaqaldan sonra Zelenski Qazaxıstandakı səfiri işdən çıxardı

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Qazaxıstandakı səfiri Petro Vrublevskini işdən çıxarıb. Zelenski bununla bağlı müvafiq sərəncam imzalayıb.

Vrublevski Ukraynada “mümkün qədər çox rusu öldürməyə çalışırlar” demişdi.

Bundan sonra o, Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılıb və ifadəsinə görə üzr istəyib.

Oktyabrın əvvəlində Qazaxıstan Xarici İşlər Nazirliyi “cənab Vrublevskinin təxribat xarakterli davranışı ilə bağlı prinsipial mövqe” açıqlayaraq Ukraynaya onun yerinə yeni səfir təyin etməyi xahiş etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ