Qırğızıstanla Tacikistan arasında sülh olmayacaq - müdafiə naziri

Oktyabrın 19-da Bişkekdə keçirilən mətbuat konfransında müdafiə naziri Baktıbek Bekbolotov Qırğızıstanla Tacikistan arasında sülh olmayacağını bəyan edib.

“Təəssüf ki, bu, müharibənin sonu deyil. Bu yaxınlarda KTMT-nin baş katibi Stanislav Zasla görüşdüm. Mən ona dedim ki, Qırğızıstanla Tacikistan arasında sülh olmayacaq. Səbəbini deyəcəm. Çünki qırğızların öz həqiqətləri, taciklərin isə öz həqiqətləri var”.

Bekbolotov qeyd edib ki, bu, ölkələr arasında hakimin olmayacağına qədər davam edəcək. Məsələn, KTMT-dən olan hakim aşağıdakı vəzifələri yerinə yetirə bilər: atəşkəs rejiminə nəzarət; ağır texnikanın dövlət sərhədindən çıxarılması.

“Əgər onlar bu iki məsələni həll etsələr, o zaman siyasi problemləri də həll etmək mümkün olacaq - qırğızlarla taciklər arasında dövlət sərhədinin delimitasiyası. Bu, 30 il deyil, 98 ildir davam edir”, - deyə nazir bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ