Vəziyyət gərgindir. Xersondan əhali çıxarılır - Surovikin

Ukraynadakı Rusiya qoşunlarının komandanı Sergey Surovikin Rusiya mətbuatına müsahibəsində bildirib ki, Ukrayna ordusu rusiyalıların müdafiəsini yarmağa çalışır.

“Ümumilikdə, “xüsusi hərbi əməliyyatların” keçirildiyi ərazidə vəziyyəti gərgin kimi xarakterizə etmək olar”, - Surovikin bildirib.

Onun sözlərinə görə, Rusiya “xüsusi əməliyyat”ın sürətli tempinə can atmır, hərbçilərin həyatını qorumağa çalışır. Təmas xəttində müdafiə strukturları inşa edir. Rusiyalı hərbçinin sözlərinə görə, Ukraynanın gündəlik itkiləri yüzlərlə ölü və yaralıdır.

Surovikin bildirib ki, Kiyevin Xerson vilayətində “qadağan olunmuş müharibə üsullarından” istifadə etməsi ehtimalına (Kaxovskaya SES-in bəndinə mümkün raket hücumu ilə bağlı, dair sübutlar var. O, Rusiya hökumətinin hazırladığı təxliyə proqramı çərçivəsində əhalinin təhlükəsiz çıxmasını təmin olunacağını vurğulayıb.

Surovikin həmçinin qeyd edib ki, Rusiya hərbçiləri Ukrayna qoşunlarının döyüş qabiliyyətinə təsir edən infrastruktur obyektlərinə zərbələr endirir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ