İran Qərbə meydan oxuyur

İran Rusiyaya raketləri və daha çox pilotsuz uçuş aparatları verməyə razılaşıb.

Bu barədə Reuters agentliyinə İranın iki yüksək vəzifəli rəsmisi və iki İran diplomatı məlumat verib. Onların sözlərinə görə, sövdələşmə oktyabrın 6-da Moskvada keçirilən danışıqlarda razılaşdırılıb.

Bir mənbə bildirib ki, Rusiya rəsmiləri İrandan Fateh-110 və Zülfüqar raketlərini, həmçinin Rusiya ordusunun artıq istifadə etdiyi pilotsuz təyyarələrin yeni partiyasını tələb edib.

Sentyabr ayında Tehran Vladimir Putinin Rusiyaya “Arash 2” uzaqmənzilli ağır kamikadze pilotsuz uçan aparatların tədarükü tələbini rədd edib, üç İran rəsmisi Reuters agentliyinə bildirib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynada İrana məxsus pilotsuz təyyarələrdən istifadə edib-etməməsi ilə bağlı suala cavabında deyib ki, Kremlin onların istifadəsi ilə bağlı məlumatı yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ