Rusiya Ukrayna ərazisin raket atəşinə tutdu

Rusiya ordusu oktyabrın 18-də səhər saatlarında Xarkova raket zərbələri endirib.

Bu barədə şəhər meri İqor Terexov bildirib.

“Xarkov atəş altındadır, beş dəqiqə ərzində şəhərdə iki silsilə partlayış olub. İlkin məlumata görə, şəhərin sənaye müəssisələrindən birinin ərazisi hücuma məruz qalıb”, - deyə o vurğulayıb.

Xarkov metrosunda qatarların hərəkətinin dayandırıldığı bildirilir.

Ukrayna KİV yazır ki, Dnepr şəhərində çərşənbə axşamı, oktyabrın 18-də səhər saatlarında partlayış səsi eşidilib, enerji infrastrukturu obyektinə ciddi ziyan dəyib.

Partlayışların digər şəhərlərdə də olduğu qeyd edilir. Gecə Nikolayev S-300 raketləri ilə vurulub, iki mərtəbəli ev dağılıb. Dağıntılar altından bir kişi meyiti tapılıb.

Ukrayna prezidentinin ofisi Jitomirə zərbə endirildiyini təsdiqləyib. İlkin məlumatlara görə, elektrik stansiyasına ziyan dəyib. Bundan əvvəl Krivoy Roqda partlayışların baş verdiyi məlum olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ