İran Rusiyaya kamikadze pilotsuz uçan aparatlarla təmin edir, Rusiya bununla Ukrayna şəhərlərinə hücum edir. Buna görə də dinc əhalinin qətliamına görə məsuliyyət bu ölkənin üzərinə düşür, bunu Ukrayna Prezidentinin Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak bildirib.
"İran ukraynalıların qətlinə görə birbaşa cavabdehdir. Öz xalqını sıxışdıran ölkə indi Avropanın mərkəzində qırğınlar törətmək üçün silahları ruslara ötürür. Sanksiyaların sayı azdı", - Ukrayna mətbuatı Podolyakdan sitat gətirib. .
Bu gün səhər ruslar İranın Şahed-136 pilotsuz təyyarələri ilə Kiyevə hücum edib. Dronlardan biri yaşayış binasına düşüb. İndiyədək hücum nəticəsində 4 nəfərin öldüyü, 4 nəfərin yaralandığı və 19 nəfərin xilas edildiyi məlum olub. Kamikadze dronları da Nikolayevi vurub.