Ermənistanla danışıqlara hazırıq - Çavuşoğlu

“Biz Ermənistanla istənilən platformada danışıqlara hazırıq, dialoqa mane olacaq əngəllər görmürük”.

Bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu İstanbulda Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra mətbuat konfransında çıxışı zamanı deyib.

Çavuşoğlu xatırladıb ki, münasibətlərin normallaşdırılması üçün təyin edilən xüsusi nümayəndələr bundan sonra üçüncü ölkələrdə deyil, Ermənistan və yaxud Türkiyədə görüşəcəklər: “Xüsusi nümayəndələr nə zaman və harada görüşəcəklərini özləri razılaşdıracaqlar və üçüncü ölkələrə getməyə gərək yoxdur”.

Türkiyənin XİN rəhbəri, həmçinin erməni həmkarı ilə görüşməyə hazırdır, lakin belə bir danışıqların tarixi hələ ki bəlli deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ