Gürcüstan Rusiya ilə vizasız rejimə yenidən baxacaq

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, rusiyalıların respublikaya axını fonunda Rusiya Federasiyası ilə vizasız rejimə yenidən baxılmasını istisna etmir.

Yekun qərarı Gürcüstan hökuməti verməlidir.

“Ola bilsin ki, biz indiki şəraitdə kifayət qədər liberal olan vizasız rejimə yenidən baxmalı olacağıq. <...> Bütün bunları hökumət cəmiyyətlə birlikdə həll etməlidir”, - Zurabişvili bazar ertəsi Kişinyovda Moldova prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında deyib.

Gürcüstan lideri əlavə edib ki, rusiyalıların respublikaya gəlişi son vaxtlar problemdir, lakin təhlükə deyil. Onun sözlərinə görə, Gürcüstana əsasən vətəndaşlığını itirmiş və ya ikili vətəndaşlığı olan insanlar gəlir.

Gürcüstan İqtisadiyyat Nazirliyinin Milli Turizm Administrasiyasının məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında ölkəyə 780 mindən çox rusiyalı turist səfəri edib ki, bu da 2021-ci ilin analoji göstəricisindən 5,5 dəfə çoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ