Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi İqor Strelkovun (Qirkin) Ukrayna əsirliyinə təhvil verilməsi üçün 100 min dollar mükafat vəd edib.
“Məlumdur ki, ən məşhur rusiyalı terrorçularından biri dövlətimizə qarşı müharibədə iştirakını bərpa etmək qərarına gəlib”, - press-relizdə deyilir.
Bundan əvvəl Rusiyanın bir sıra “hərbi müxbirləri” və “vətənpərvər” Teleqram kanalları Strelkovun cəbhəyə getməsi barədə məlumat yayıblar. “Z əməliyyatı: Rus baharının hərbi müxbirləri” kanalı iddia edir ki, o, “komandir müavini” kimi cəbhəyə gedib və “sosial şəbəkədə daha heç nə yazmamaq” öhdəliyini üzərinə götürüb.
Strelkov mütəmadi olaraq Ukraynadakı müharibənin gedişatını şərh edir, Rusiya rəhbərliyinin hərəkətlərini tənqid edirdi (xüsusən də genişmiqyaslı işğalın əvvəlindən Rusiyada səfərbərliyə çağırırdı). Onun son şərhi oktyabrın 10-da dərc olunub.
İqor Strelkov keçmiş FTX zabitidir, 2014-cü ilin yazında Ukraynanın şərqində rusiyayönlü döyüş bölmələrinə başçılıq edib, daha sonra qondarma DXR-in müdafiə naziri vəzifəsində çalışıb. Strelkov özünü Ukraynada “müharibənin tətiyini” çəkən adam adlandırıb.