“Polkovnik dedi ki, Allah qorxaqdır" - Belqorodda kütləvi qətlin təfərrüatı

Belqorod vilayətindəki poliqonda baş verən qətliam dini münaqişənin tərkib hissəsi ola bilər, bu barədə “Astra” Telegram kanalı hərbçiyə istinadən məlumat yayıb.

“İnsider” yazır ki, hadisədən bir qədər əvvəl polkovnik-leytenant Andrey Lapin deyib ki, “Allah qorxaqdır, çünki o, müsəlmanlara and içdiyiniz ölkə uğrunda döyüşməyə icazə vermir”. 

“Hər şey onunla başladı ki, bəzi əsgərlərimiz – dağıstanlı və adıgeyli – “bu, bizim müharibəmiz deyil” deyib və daha xidmət etmək istəmədikləri barədə ərizə yazmağa cəhd ediblər. Polkovnik-leytenant Andrey Lapin bunu komandiri vasitəsi ilə öyrənəndə hamını yığıb “bu, müqəddəs müharibədir” deyə bildirib.

Hərbçilər onu da qeyd edirlər ki, atəş açan şəxslər öz inanclarının tərəfdarları olublar və onlara vaxtlı-vaxtında namaz qılmağa icazə verilmədiyinə və ibadət otağı ayrılmadığına görə dəfələrlə komandanlıqla mübahisə ediblər.

Qeyd edək ki, daha əvvəl Telegram kanalları atəş açan şəxslərin tacikistanlı olduqlarını yazıblar.

Ermənipərəst bloger Semyon Peqov isə onların milliyətcə erməni olduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatında “terrorçuların” milliyəti açıqlanmır, lakin onların MDB məkanından olduqları vurğulanır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ