İran Rusiyaya ballistik raketlər verəcək

İran Rusiyaya yaxın mənzilli ballistik raketlər və pilotsuz uçuş aparatları tədarük edəcək.

Bu barədə “The Washington Post” öz mənbələrinə istinadən yazır.

Söhbət “Fateh-110” və “Zülfüqar” raketlərindən gedir ki, onların uçuş məsafəsi müvafiq olaraq 300 və 700 kilometrdir.

Həmçinin, İran Rusiyaya onlarla “Mohajer-6” pilotsuz uçuş aparatı və “çoxlu sayda” Şahid-136 kamikadze dronları tədarük etməyi planlaşdırır. Bu dronların hər ikisi artıq Rusiya ordusu tərəfindən Ukraynaya qarşı istifadə olunur.

Rəsmi Tehran Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya silah tədarükü ilə bağlı ittihamları rədd edir. Kreml də bu barədə xəbərləri təkzib edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ