Türkiyənin Artvin bölgəsinin Hopa rayonundakı əyləncə məkanlarında polis əməliyyat keçirib.
Buta.media-nın Oxu.Az-a istinadən məlumatına görə, əməliyyat zamanı 70 əcnəbi qadın saxlanılıb.
Onlar Rusiya, Ermənistan, Özbəkistan, Qırğızıstan və Azərbaycan vətəndaşlarıdır.
Saxlanılan şəxslərdən qırxı sənədləşdirmə işləri başa çatdıqdan sonra ölkələrinə deportasiya edilib.