Tehranda siyasi məhbuslar üçün həbsxanada üsyan: yaralılar var - video

Oktyabrın 15-də axşam saatlarında Tehranda siyasi məhbuslar üçün nəzərdə tutulmuş Evin həbsxanasında yanğın baş verib və atəş səsləri eşidilib.

Bu barədə Reuters yerli mənbələrə istinadən məlumat yayıb.

Həbsxanadan tüstü qalxdığını, atəş səslərinin və həyəcan siqnallarının eşidildiyini əks etdirən videolar internetdə yayılıb.

“Məhkumların ailələri Evin həbsxanasının əsas girişinin qarşısına toplaşıblar. Mən atəş və tüstü görürəm. Xüsusi təyinatlı qüvvələr cəlb olunub. Təcili yardım maşınları da buradadır”, - hadisə şahidi vəziyyəti təsvir edib.

Hökumətyönlü iranlı jurnalistlər yanğının həbsxanada məhbusların üsyanı nəticəsində baş verdiyini bildiriblər. Onlar vurğulayıblar ki, iğtişaş törədənlər siyasi məhbuslar deyil, xırda cinayətlərə görə məhkum edilmişlərdir. Jurnalistlər həmçinin insident nəticəsində səkkiz nəfərin yralandığını qeyd ediblər.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ