Rusiya qoşunları Belarusa çatıblar - video

Birgə regional qoşunlar qrupuna daxil olan Rusiya hərbçiləri ilə ilk eşelon Belarus ərazisinə çatıb. Bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qoşunların regional qrupunun yaradılması qərarı Belarus ərazisində müttəfiq dövlətin sərhədinin mühafizəsini və müdafiəsini gücləndirmək maraqları üçün qəbul edilib və həyata keçirilir”, - nazirlikdən bildiriblər.

Belarus Müdafiə Nazirliyi rusiyalı hərbçilərin gəlişini əks etdirən videonu da dərc edib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ