Türkiyədə mədəndə partlayış: 40 nəfər öldü

Yenilənmə

Türkiyənin Bartın vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, partlayış zamanı şaxtada olan 110 nəfərdən 58-i xilas edilib. Bir şaxtaçının taleyi məlum deyil. Axtarışlar davam edir.

09:15

Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində 28 nəfər həyatını itirib.

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, yaralılardan 11-nin müalicəsi davam etdirilir.

Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Hazırda axtarış-xilasetmə işləri davam edir.

Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində partlayış baş verən mədənə baş çəkəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ