Bizə keçmiş SSRİ ölkələri kimi yanaşmayın - Rəhmon Putinə

Tacikistan əsas strateji tərəfdaşı olan Rusiyanın maraqlarına hörmətlə yanaşır və səbəbdən özünə də hörmət istəyir. 

Bu sözləri Tacikistan prezidenti Emoməli Rəhmon Astanada keçirilən Rusiya-Mərkəzi Asiya forumu zamanı deyib və Moskvanı Mərkəzi Asiya ölkələrinə keçmiş SSRİ kimi yanaşmamağa çağırıb.

“Biz 100-200 milyon deyilik. Lakin istəyirik ki, bizə hörmət etsinlər. Harada nəyisə pozduq? Haradasa salam vermədik? Biz hər zaman əsas strateji tərəfdaşımızın maraqlarına hörmətlə yanaşmışıq. Əvəzində özümüzə hörmət istəyirik... Vladimir Vladimiroviç, mən sizdən xahiş edirəm ki, Mərkəzi Asiya ölkələrinə keçmiş Sovet İttifaqı ölkələri kimi yanaşmasınlar”, - deyə Rəhmon vurğulayıb.

Siyasətçi həmçinin deyib ki, o, Rusiyanın Tacikistanda keçirilən forumda nazirlər səviyyəsində iştirakını xahiş edib, lakin yalnız deputatlar gəlib. Ehtimal edilir ki, söhbət sentyabrın 15-də Düşənbədə keçirilən “Tacikistan-Rusiya” Beynəlxalq İnvestisiya Forumundan gedir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ