Rusiya prezidenti Vladimir Putin Astanada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib ki, NATO qoşunlarının Rusiya ordusu ilə birbaşa toqquşması qlobal fəlakətə səbəb ola biləcək çox təhlükəli addım olardı.
Konfransda Putinə sual verilib ki, döyüş meydanında vəziyyət Kiyev üçün fəlakətli olarsa, NATO öz qoşunlarını Ukraynaya göndərə bilərmi?
“İstənilən halda, hər hansı qoşunun Rusiya ordusu ilə birbaşa qarşıdurmaya salınması qlobal fəlakətə səbəb ola biləcək çox təhlükəli addımdır. Ümid edirəm ki, bu barədə danışanların belə təhlükəli addımlar atmamaq üçün kifayət qədər ağlı olacaq”, - deyə Rusiya prezidenti cavab verib.