Rusiya Ukraynanı məhv etmək istəmir - Putin

Rusiya Ukraynanı məhv etmək vəzifəsini qarşısına qoymayıb. 

Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada mətbuat konfransı zamanı jurnalistlərin “Ukrayna dövlət kimi mövcud ola biləcəkmi?” sualına cavabında deyib.

“Bu gün baş verənlər, yumşaq desək, xoşagəlməzdir. Ancaq bütün bunlar qaçılmaz idi, gələcəkdə bizim üçün daha pis şəraitdə baş verə bilərdi... Biz özümüzə Ukraynanı məhv etmək vəzifəsi qoymamışıq”, - deyə o bildirib.

Rusiya lideri həmçinin qeyd edib ki, Ukraynaya qarşı yeni kütləvi zərbələrə hələ ehtiyac görmür. Putin əlavə edib ki, indi Rusiya ordusunun qarşısında başqa vəzifələr durur (bu vəzifələrin nə olduğunu açıqlamayıb). 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ