Qismən səfərbərlik demək olar ki, başa çatıb, təxminən iki həftəyə tamamlanacaq. Bunu Rusiya prezidenti Vladimir Astanada “Rossiya 24” telekanalının yayımladığı mətbuat konfransında bildirib.
Dövlət başçısı izah edib ki, planlaşdırılan 300 min nəfərdən 222 min nəfəri artıq səfərbər olunub.
“Əlavə hərbi çağırış planlaşdırılmır”, - Putin əmin edib.
Rusiya prezidenti vurğulayıb ki, bütün ehtiyatda olan hərbçilər döyüş bölgəsinə göndərilməzdən əvvəl məcburi təlim keçməlidirlər.