Rusiya nüvə silahından istifadə etsə ordusu məhv ediləcək - Borrel

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borrel bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etsə RF ordusu məhv ediləcək.

“Nüvə təhlükəsi hələ də var və Putin deyir ki, o, blef etmir. Aydın olmalıdır ki, Ukraynanı, Avropa Birliyini və üzv dövlətləri, ABŞ və NATO-nu dəstəkləyən insanlar da blef etmirlər. Ukraynaya hər hansı nüvə hücumu isə cavab reaksiyası ilə nəticələnəcək, nüvə cavabı yox, hərbi tərəfdən o qədər güclü cavab olacaq ki, Rusiya ordusu məhv ediləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ