Rusiyanın Ukraynaya qarşı müharibəsi Qərb ölkələrinə qarşı böyük bir səlib yürüşünə çevrilib.
Bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
“Vladimir Putin və onun köməkçiləri açıq şəkildə bildirdilər ki, bu müharibə təkcə Ukraynaya aid deyil. Çox güman ki, Rusiya rəhbərliyi müharibəyə “daha böyük səlib yürüşünün bir hissəsi” kimi baxır. Liberal demokratiyaya qarşı səlib yürüşü, qaydalara əsaslanan beynəlxalq nizama qarşı səlib yürüşü”, - Şolts bildirib.
Almaniya lideri əmin edib ki, ölkəsi lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək.