BMT Donbasdakı referendumlarla bağlı qətnamə qəbul edib

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ukraynanın dörd işğal edilmiş regionun Rusiyaya birləşdirilməsi ilə bağlı referendumun nəticələrini tanımayan qətnamə qəbul edib.

Sənəddə həmçinin Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinə çağırış da yer alıb. 

Qətnaməni 143 ölkə dəstəkləyib. Beş dövlət - Rusiya, Belarus, Şimali Koreya, Nikaraqua və Suriya sənəin əleyhinə səs verib. Çin, Hindistan, Cənubi Afrika, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan da daxil olmaqla daha 35 ölkə səsvermədə bitərəf qalıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ