Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qazın qiyməti ilə bağlı razılığa gələ bilməyiblər.
Bu barədə görüşün yekunlarına dair mətbuat konfransında Vladimir Putin deyib.
O qeyd edib ki, Moskva yanacağın qiyməti bazar şəraitlərinə uyğun tənzimləyir:
“Qazın qiyməti “Qazprom”un istəyi ilə yox, bazar alətləri ilə müəyyənləşdirilir. Bir problem var. Bizim türk dostlarımız məsələnin bir formula ilə həllində təkid edirlər, “Qazprom” isə digər həll təklif edir”.
O əlavə edib ki, danışıqlar davam edəcək, çünki Türkiyə bazarı Rusiya üçün qiymətlidir.
Prezidentin sözlərinə görə, Türkiyə tərəfdaşlıqda təkcə qiymət yox, stabillik də çox vacibdir.