Krım körpüsünü kim partladıb: Rusiya təşkilatçının adını açıqladı

Rusiya Federal Təhlüksəizlik Xidməti Krım körpüsündə baş vermiş partlayışla bağlı cinayət işi çərçivəsində beş Rusiya, üç Ukrayna və Ermənistan vətəndaşının saxlanıldığını bildirib.

FTX və Rusiya Federasiyasının İstintaq Komitəsi müəyyən edib ki, “Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov olub”.

İdarədən əlavə ediblər ki, müstəntiqlər terror hadisəsinin hazırlanmasında şübhəli bilinən 12 nəfəri müəyyən ediblər. Hücumla bağlı istintaq davam edir. FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı məlumata görə, onun bütün təşkilatçıları və tərəfdaşları, o cümlədən xarici vətəndaşlar Rusiya qanunlarına uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.

Qurum həmçinin qeyd edib ki, partlayıcı qurğunun ümumi çəkisi 22 tondan çox olub, polietilen plyonka ilə rulonlarda kamuflyaj edilib və avqustun əvvəlində Odessa limanından Bolqarıstanın Ruse şəhərinə göndərilib. Yüklərin daşınmasında Ukrayna, Gürcüstan vətəndaşları və bir Ermənistan vətəndaşı iştirak edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ