Avropanı çətin qış gözləyir - Ərdoğan

Avropa ölkələri bu qış Rusiyadan qaz nəqlinə qoyulan məhdudiyyətlər səbəbindən ciddi çətinliklərlə üzləşəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkiyə Gənclik Fondunun (TÜGVA) üzvləri ilə görüş zamanı deyib.

“İndi bütün Avropa sual verir: “Bu qış necə keçəcək?”, - deyə dövlət başçısı bildirib.

Ərdoğan həmçinin əlavə edib ki, Türkiyənin bu qış enerji resursları ilə bağlı problemi olmayacaq.

Rusiya-Ukrayna müharibəsindən danışan prezident Ərdoğan vurğulayıb ki, Ankara hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərdə vasitəçilikdə aparıcı rol oynayır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ