"Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həyatını itirib".
Buta.media-nın məlumatına görə, bu sensasion açıqlamanı Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan "Amerikanın səsi" radiosunun erməni redaksiyasına müsahibəsi zamanı verib.
Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən Akopyan qeyd edib ki, Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həlak olub.
Xatırladaq ki, Ermənistanın baş nazirinin həyat yoldaşı hazırda ABŞ-dadır. ABŞ-ın Boston ştatındakı erməni icması tərəfindən Akopyanın rəhbərlik etdiyi "Təbəssüm şəhəri" Xeyriyyə Fonduna 150 min dollar ianə təqdim edilib.