İstanbulda güclü partlayış: ölənlər var - video

Türkiyənin İstanbul şəhərində üçmərtəbəli yaşayış binasında baş verən partlayışda üç nəfər ölüb.

Partlayışdan sonra Kadıköy rayonunda yerləşən binada yanğın başlayıb.

Hadisəyə səbəb binanın 3-cü mərtəbəsində yerləşən mənzildə qaz sızması olub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın nəzarət altına alınıb. Məlumata görə, 1 yaralı binadan çıxarılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ