Putin Krım körpüsünün partladılmasını terror hücumu adlandırıb

Rusiya prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını terror hücumu adlandıraraq, onun “ölkənin mühüm mülki infrastrukturuna qarşı yönəldiyini” qeyd edib.

Putin bu fikri İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin hesabatından sonra bildirib.

Bastrıkin Putinə məlumat verib ki, “Krım körpüsünün dağıdılmasını Ukrayna xüsusi xidmət orqanları hazırlayıb, onlara Rusiya və xarici ölkələrin vətəndaşları kömək edib”. Onun sözlərinə görə, faktla bağlı “terrorçuluq” maddəsi ilə cinayət işi açılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ