Rusiyanın Ukraynanın Zaporojye vilayətinə raket hücumu nəticəsində azı 17 nəfər ölüb, 40 nəfər yaralanıb.
Bu barədə RBC-Ukrayna Zaporojye şəhər şurasının katibi Anatoli Kurtevə istinadən xəbər verir.
Zərbələr nəticəsində şəhərin özəl sektorunun yaşayış binalarına və küçələrinə ziyan dəyib.
“İlkin məlumatlara görə, 5 fərdi yaşayış evi dağılıb, 40-a yaxın evə ziyan dəyib. Hazırda 17 nəfərin öldüyü məlumdur”, – Kurtev yazıb.
O, yerli sakinləri dağıntıları təmizləməyə kömək etməyə çağırıb.