Ukrayna ordusu Donetskə yaxınlaşır

Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman və Svyatoqorsk rayonlarında yerləşən 40 yaşayış məntəqəsini azad edib. Bu barədə şənbə, oktyabrın 8-də Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Ukraynanın Reinteqrasiya Nazirliyindən verilən məlumata görə, Donetsk vilayətinin şimalında azad edilmiş yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanılıb, sabitləşdirmə tədbirləri davam etdirilir. Eyni zamanda dağılmış evlərin sahiblərinin axtarışı davam etdirilir.

Ukrayna Nazirlər Kabineti əlavə edib ki, Liman, Svyatogorsk şəhərləri və Yarovaya kəndində pensiyaların ödənilməsi bərpa edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ