Putin FTX-yə xüsusi əmr verdi

Rusiya prezidenti Vladimir Putin Kerç boğazı ilə nəqliyyat keçidinin, elektrik şəbəkəsi enerji körpüsünün və magistral qaz kəmərinin mühafizəsi tədbirlərinin gücləndirilməsi haqqında fərman imzalayıb. Rusiya mediası yazır ki, o, mühafizəni təşkil etmək və əlaqələndirmək səlahiyyətini FTX-yə həvalə edib.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin “Kerç boğazı ilə nəqliyyat keçidinin, Rusiya Federasiyası ilə Krım yarımadası arasında elektrik şəbəkəsi enerji körpüsünün və Krasnodar diyarı-Krım magistral qaz kəmərinin mühafizəsi tədbirlərinin gücləndirilməsi haqqında” fərman imzalayıb.”, - Kremlin mətbuat xidməti bildirib.

Rusiya mətbuatının məlumatına görə, yük maşını oktyabrın 8-də səhər saatlarında Krımski körpüsündə partlayıb. Partlayış nəticəsində iki avtomobil yeri zədələnib. Nəticədə yük maşınının ardınca gələn qatarın yeddi çəni yanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ