Rusiya Ukraynadakı döyüşlərə yeni komandan təyin edib

Rusiya ordusunun generalı Sergey Surovikin “xüsusi əməliyyat” bölgəsində birləşmiş qoşunlar qrupunun komandiri təyin edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

RF Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, “Rusiya Federasiyasının müdafiə nazirinin qərarı ilə ordu generalı Sergey Surovikin xüsusi hərbi əməliyyatlar bölgəsində Birləşmiş Qüvvələr Qrupunun komandiri təyin edilib”.

İyun ayında Rusiya Müdafiə Nazirliyi Sergey Surovikinin Cənub Qüvvələr Qrupuna rəhbərlik etdiyini bildirmişdi.

Sergey Surovikin 31 oktyabr 2017-ci ildən RF Hava-Kosmik Qüvvələrinin komandiridir. Tacikistandakı silahlı münaqişədə, İkinci Çeçen müharibəsində və Suriyadakı hərbi əməliyyatlarda iştirak edib. 2017-ci ildə Suriyada “hərbi əməliyyatda” iştirak etdiyinə görə Rusiya Qəhrəmanı adını alıb.

Daha əvvəl Ukraynada Rusiya qoşunları qrupuna general Aleksandr Dvornikov rəhbərlik edirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ