Estoniya Krım körpüsündə partlayışla bağlı Ukraynanı təbrik edib

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Krım körpüsündə baş verən partlayışla əlaqədar Ukraynanı təbrik edib. Onun sözlərini yerli Delfi portalı sitat gətirir.

“Estoniya bunu (körpünün partlamasını – red.) əlbəttə alqışlayır və bu əməliyyatın arxasında duran Ukrayna xüsusi təyinatlılarını təbrik edir”, - Reinsalu deyib və partlayışı cəsarətli hərəkət adlandırıb.

O xatırladıb ki, Kiyev uzun müddətdir mümkün zərbə hədəfi kimi Krım körpüsündən danışırdı. “Müsbət hal odur ki, [körpüdə] nəqliyyatın hərəkəti dayanıb”, - Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.

Onun sözlərinə görə, körpü logistika baxımından böyük rol oynayır, və Rusiya üçün mühüm simvolik məna daşıyır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ