Zelenski Kuril adalarını Yaponiyanın ərazisi kimi tanıdı

Ukrayna prezidenti Volodimir Zelenski dörd Kuril adasının Yaponiya ərazisi kimi tanınması haqqında fərman imzalayıb. Bu barədə Ukrayna lideri ənənəvi axşam videomüraciətində bildirib.

“Bu gün mühüm qərar qəbul edilib. Ədalətli. Qanuni cəhətdən qüsursuz. Tarixi. Ukrayna hələ də Şimal əraziləri Rusiyanın işğalı altında olan Yaponiyanın suverenliyinə və ərazi bütövlüyünə hörmətini bir daha təsdiqləyib. Bu gün mən müvafiq sərəncam imzaladım. Ukrayna Ali Radasının bəyanatı var. Və biz dünyada hər kəsi oxşar qərarlar qəbul etməyə çağırırıq”, - deyə Zelenski bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ