Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirak etmək barədə razılığa gəliblər.
Bu barədə “The National” nəşri yazıb. Nəşr İndoneziyanın BƏƏ-dəki səfiri Husin Bagisə istinad edib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın G20 sammitində iştirak edəcəyini təsdiqləyib, lakin o bildirib ki, format hələ müəyyənləşməyib.