Kremldə parçalanma: Müharibəyə görə Putinə qarşı çıxan kimdir?

Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsində Ukraynadakı müharibə ilə bağlı müzakirələr gedir, lakin bütün mübahisələr iş prosesinin tərkib hissəsidir. 

Bunu Kremlin sözçüsü Dmitri Peskov “The Washington Post” jurnalistlərinin prezident administrasiyasında iddia edilən parçalanma ilə bağlı sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, dövlət başçısı qismən səfərbərlik elan etmək kimi vacib qərarlar qəbul etməli idi. “Belə məqamlarla bağlı fikir ayrılıqları olur. Bəzi insanlar düşünür ki, biz fərqli davranmalıyıq, lakin bu, normal iş prosesinin bir hissəsidir”, - Peskov bildirib.

O həmçinin qeyd edib ki, Rusiya hakimiyyəti arasında iqtisadiyyat, təhsil, müharibə ilə bağlı mübahisələr və müzakirələr hər hansı parçalanma əlaməti deyil.

Putinin yaxın çevrəsindən olan bir şəxsin onun qərarları ilə razılaşmadığını açıq şəkildə bəyan etməsi barədə məlumatı Peskov yalan adlandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ