Bayden marixuanaya görə həbs olunanların hamısını əfv edib

ABŞ prezidenti Co Bayden marixuana saxlamağa görə federal qanunlara əsasən məhkum olunanların hamısını əfv edib.

Bayden qeyd edib ki, marixuana saxladıqlarına görə mühakimə olunanlar işə müraciət edərkən, kirayəyə ev götürərkən və ya mənzil alarkən hüquqları pozulub.

“Marixuanaya yanlış yanaşmamız səbəbindən çoxlu həyatlar alt-üst olub. Bu səhvləri düzəltməyin vaxtıdır”, - deyə “Reuters” Baydendən sitat gətirir.

Baydenin elan etdiyi əfv fərmanı 1992-ci ildən 2021-ci ilə qədər bir ittihamla - marixuana saxlamaqda məhkum edilmiş təxminən 6,5 min nəfərə şamil ediləcək.

ABŞ prezidenti qubernatorları ondan nümunə götürməyə və ştat qanunlarına əsasən marixuana saxlamağa görə məhkum olunanları əfv etməyə çağırıb.

Bundan əlavə, Bayden marixuananın “Sinif 1” narkotiki kimi təsnifatının yenidən nəzərdən keçirilməli olduğunu açıqlayıb. Eyni sinifdə, o, heroin və LSD-nin də aid olduğunu qeyd edib.

“Reuters” agentliyinin məlumatına görə, marixuananın federal səviyyədə yenidən təsnifləşdirilməsi onu tibbi məqsədlər üçün istehsal edən şirkətlərə öz səhmlərini birjaya çıxarmağa imkan verəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ