Ədəbiyyat üzrə Nobel mükafatı fransız yazıçıya verildi

2022-ci il Ədəbiyyat üzrə Nobel mükafatına fransız yazıçısı Anni Erno layiq görülüb. Bu barədə Nobel Komitəsinin “Twitter” səhifəsində məlumat verilib.

Öz əsərlərində Erno ardıcıl və müxtəlif rakurslardan cins, dil və sinif baxımından fərqlənən həyatı araşdırır. Onun yazıçılıq yolu uzun və çətin olub.

“Ernonun bütün kitabları avtobioqrafikdir. Hamısı onun şəxsi, həmişə ağrılı və hətta travmatik təcrübəsini təsvir edir. Bu mətnlər bir növ terapevtik məktublardır, onların köməyi ilə Erno hadisələri yaşayır, təcrübəni mənimsəyir, ağrıları buraxır”, - deyə Ernonun “Hadisə” və “Qadın” kitablarını tərcümə edən Mariya Krasovitskaya deyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ